Abidələr və lövhələr
Əhmədiyyə Cəbrayılovun xatirəsi iki ölkədə — Azərbaycan və Fransada — abidə və xatirə lövhələri ilə əbədiləşdirilmişdir.
Doğma Oxud kəndində ona həsr olunmuş abidə ucaldılmışdır. Fransada isə, 2016-cı ildə Kabertatda, onun və silahdaşlarının xatirəsinə xatirə lövhəsi açılmışdır.